"Azərbaycan Reallığı" xəbər verir ki, jurnalist Elnurə Abışova sosial media hesabında Premium Hotel Ganja haqqında kəskin tənqidlər səsləndirib. O, paylaşımında hotelin vəziyyəti ilə bağlı bir sıra ciddi iradlar qeyd edib:
"Sizə 3 ulduz belə çoxdur. Otaqlara kanalizasiya qoxusu vurur. Havalandırma ağırdır, pəncərələri açmaq üçün Brüsli gücü lazımdır. Krandan su gəlmir, liftiniz əndrabadi vəziyyətdədir. Müştəri ilə davranış mədəniyyətiniz isə ümumiyyətlə yoxdur… Hansını deyim?"