Stepan Şaumyanın əlaltısı və sadiq dostu, erməni silahlılarını ətrafına toplayaraq Azərbaycan Cümhuriyyətinə qarşı vuruşan Qatır Məmməd.
10-01-2026, 10:14

"Qırmızı partizan" adlı quldur dəstəsinin başçısı, Stepan Şaumyanın əlaltısı və sadiq dostu, erməni silahlılarını ətrafına toplayaraq Azərbaycan Cümhuriyyətinə qarşı vuruşan və sonda Cümhuriyyət zabiti tərəfindən məhv edilən, sovet işğal rejiminin bizə qəhrəman kimi sırıdığı Qatır Məmməd.
📌Qatır Məmməd (Məmməd Əli oğlu Məmmədov) bu ləqəbi xalqdan almışdı. İnsanlar onun amansız və əzazil xarakterini atla eşşəyin törəməsi olan qatırın təbiəti ilə əlaqələndirdikləri üçün ona bu adı vermişdilər.
📌1909 və 1914-cü illərdə adam öldürdüyü üçün iki dəfə İrkutska sürgün edilib. Burada bolşeviklərlə yaxınlaşıb. 1917-ci ildə çar rejiminin devrilməsindən sonra sürgündən azad olunub.
📌Qatır Məmmədin dəstəsinin fəaliyyətinə Stepan Şaumyanın başçısı olan Bakı Soveti rəhbərlik edirdi. O, dəfələrlə Şaumyan, Məşədi Əzizbəyov və Bakı Sovetinin digər rəhbərləri ilə görüşür, onlardan təlimat alırdı. Bakıya bir neçə dəfə gələn Məmməd Şaumyanın evində qalırdı.
📌Onun quldur dəstəsinin üzvlərinin əksəriyyəti də ermənilərdən ibarət olub.
Martiros Aruşanov, Haykaz, Hamparsum Koçarov, Mixail Koçarov, Arşak Avakoviç Qriqoryan, Santri Badalyan, Nazar Veliyan və digərləri bu quldur dəstənin üzvləri olub.
📌Deyilənə görə Qatır Məmməd öləndə onun üstündən Şaumyanla birgə şəkli çıxmışdı.
📌Cümhuriyyət hökuməti, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş quldur dəstəsinin müsəlman üzvlərini — Dəli Qara, Əli, Xankişi Məmmədov, İsa Namazov və Tapdıq Nəbiyevi 30 illik həbs cəzasına məhkum etmişdi.
📌Gəncə ağsaqqallarının dediklərinə görə, Qatır Məmməd o qədər qəddar olub ki, kəndlərdən kim ona yardım etmirdisə, onu ağır formada cəzalandırırdı.
📌31 mart soyqırımından sonra Gəncə-Goranboy tərəfdə yerli camaatın əsir götürdüyü erməniləri azad etmək üçün neçə dəfə silahlı hücum edir, ondan sonra kəndlilər üzərində "patron vergisi " qoyur. Vergini verməyən kəndlilərin əllərindən olanın qalanın alırdı.
📌 1918-ci ildə Qatır Məmmədin adamları Nuru Paşanın başçılığında Gəncədən çıxaraq Goranboy istiqamətinə doğru getməsini eşidib pusqu qurur.Gəncədən gələn Nuru Paşa və Tovuzdan gələn Hulusi bəyin də qoşunun qarşısını alıb onların Bakıya gəlməsini bir neçə müddət gecikdirir.
📌1918-ci ilin yazında Qatır Məmməd və Məşədi Səməd komissar Məşədi Əzizbəyovun tapşırığı ilə Müsavat ordusuna sızsalar da, Əhməd bəy Məmmədxanbəyov tərəfindən tanınaraq həbs edildilər. Gəncədə dar ağacından asılmaqla ölüm hökmü alan Qatır Məmməd və Məşədi Səmədi edama bir gün qalmış yerli kommunistlər həbsxana divarını dələrək onları qaçıra bilirlər.
📌Bakı Soveti düşəndən sonra Qatır Məmməd xain fəalıyyətini davam etdirir. Cümhuriyyətin naziri Fətəli xan Xoyskinin başçılıq etdiyi dəstəyə ağır zərbə endirən Qatır Məmməd bölgədə varlıların malikənələrini viran qoyub, dəmir yol hərəkətini pozub.O, ölkənin paytaxtı ilə Qərbini birləşdirən telefon, teleqraf xətlərini dağıdıb sıradan çıxarıb, Bakı-Gəncə dəmiryolunu partladıb ki, Azərbaycan ordusu Qarabağ, Zəngəzur, Göyçə və Gəncəbasar bölgələrində erməni soyqırımına məruz qalmış köməksiz Azərbaycan türklərini qurtarmaq üçün həmin tərəfə hərəkət edə bilməsin.
📌1919-cu ildə Qatır Məmmədin silahlı dəstəsi Gəncə qəzasında iri torpaq sahiblərinin Məmmədxanbǝyovun, Zülqədǝrovun, Adıgözəlovun və başqalarının mülklərini dağıtmışdı.
📌Sonra isə qüvvələrini IX Qırmızı Ordu ilə birləşdirmək niyyətində olan Qatır Məmməd Dağıstana tərəf keçməyə cəhd edir. Bununla o bolşeviklərin əmrini yerinə yetirmək niyyətində idi.
📌1919-cu ilin 11 sentyabrında Gəncə prokurorunun Azərbaycan daxili işlər nazirlinə aşağıdakı teleqram göndərilir.
“Biz Qatır Məmmədi öldürmək üçün erməni daşnaklarına müraciət elədik. Onlara pul da təklif etdik. Lakin onlar Qatır bizim qardaşımızdır deyib imtina etdilər. Hal-hazırda Qatırın dəstəsində olan 150 nəfərdən 100 nəfəri erməni daşnaklarıdır”
📌18 sentyabr 1919-cu ildə Kürün sağ sahilində, Qaraqovaq kəndində Qatır Məmmədin dəstəsi Cümhuriyyət ordusu tərəfindən mühasirəyə alınaraq məhv edilmişdir.
📌Qatır Məmməd Azərbaycan Cümhuriyyəti ordusunun zabiti Teymur bəy Novruzov tərəfindən üz-üzə döyüşdə öldürülmüşdür.
📌Sovet işğalı dövründə Qatır Məmməd xalq qəhrəmanı elan edilir, şərəfinə heykəllər qoyulur, küçələr adlandırılır, poemalar yazılır.
📌1974-cü ildə onun haqqında yalanlara dolu olan "Qatır Məmməd" adlı bir film çəkilir.
📌 Goranboyda hələ də onun adını daşıyan heykəl durur. Goranboy şəhər 2 nömrəli tam orta məktəbi isə hazırda onun adını daşıyır.
Azərbaycan Tarixi
TEREF

