Adnan Əhmədzadənin adı hallanan “Grand-Mart”ın milyonluq borcu
10-01-2026, 16:38
Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə aid olduğu deyilən “Grand-Mart” marketlər şəbəkəsinin dövlətə milyonlarla manat borcu üzə çıxıb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, borcun nə zamandan bəri yarandığı məlum deyil. Hazırda marketlər şəbəkəsinin 3 789 039.12 manat vergi borcu mövcuddur. Vergi Məcəlləsinin müddəlarına görə isə vergi borcunun gecikdirilməsi sanksiyalarla nəticələnə bilər. Qeyd edək ki, “Grand-Mart” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Məmmədli Ramil Əşrəf oğludur. MMC-nin nizamnamə kapitalının məbləği isə 12 milyon manatdan çoxdur. “Grand-Mart” MMC-yə “Grandmart”, “Megastore”, “Bizim market”, “Novas Home”, “Bolmart” kimi böyük marketlər şəbəkələri daxildir. Xatırladaq ki, bir sıra yerli KİV-də sözügedən mağazaların hazırda həbsdə olan Adnan Əhmədzadəyə aid olduğu iddia olunur.