Qobu Park 1–2 yaşayış massivində məcburi köçkünlər üçün tikilmiş binalar təhlükə mənbəyinə çevrilib VİDEO
11-01-2026, 00:06
İlk tikildiyi vaxtlarda bu binalar eyni hündürlükdə, səliqəli və bir-birinə uyğun şəkildə ucaldılmışdı, baxan göz üçün tam bir “gözəllər silsiləsi” idi. Bu gün isə vəziyyət acınacaqlıdır. Binaların hərəsi bir istiqamətə əyildiyi üçün onları dəmir konstruksiyalarla bir-birinə calayıblar. Amma dəmir də dözmür. Dəhlizlərə daxil olanda mənzərə lap dəhşətlidir: hər şey əyilib. TEREF yazır ki, bunu sosial şəbəkə istifadəcisi Nasibli Gulnar yazır. Nasibli Gulnar daha sonra davam edərək yazır: Dəhlizin bir tərəfi sanki Ağrı dağıdır, o biri tərəfi isə Marian çökəkliyi. Bu ölkədə tikinti sahəsinə real və effektiv nəzarət yoxdur. Kim nə istəyir, necə istəyir, elə də tikir. Qarabağda da vəziyyət fərqli deyil. Özünü dürüstlük və vətənpərvərlik abidəsi kimi təqdim edən bəzi simalar qardaş-bacısının adına MMC açıb Qarabağda at oynadır. Bu mövzu barədə ayrıca, daha geniş yazacam. Bu, sadəcə məsuliyyətsizlik deyil, bu rəzalətdi. Teref olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik!