Bu dərman Rusiyada 5, Türkiyədə 3,5, Azərbaycanda 28 manatdır?

12-01-2026, 10:24           
Bu dərman Rusiyada 5, Türkiyədə 3,5, Azərbaycanda 28 manatdır?
“Aptekdən “Motilium” adlı dərman soruşuram. Həzm sistemindən davamlı müalicə alan insanlar bu dərmandan bir qayda olaraq istifadə edirlər. Deyirlər, hazırda yoxdur, amma sifariş olsa, gətirtmək mümkündür. Sadəcə qiymətinin baha olacağını deyirlər və dərhal da 28 manat olduğunu əlavə edirlər”.

TEREF xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev sosial media hesabında yazıb.


“Deyirəm ki, bir dostumuz 6 ay əvvəl Rusiyadan həmin dərmanı təxminən 5 manata alıb gətirmişdi. Amma aydındır ki, problemi yaradan həmin aptekçi deyil, onun deyə və edə biləcəyi nəsə yoxdur”, – iqtisadçı qeyd edib.
O bildirib ki, daha sonra eyni dərmanın Türkiyədə neçəyə satıldığı ilə də maraqlanıb:
“Cəmi 3,5 manat. Bir dəfə yazmışdım bu mövzuda, amma davamlı yazmaq lazım olduğunu düşünürəm. Eyni dərman, 2 ölkədə qiymət fərqi az qala 8 dəfə. Anlayıram ki, həmin dərmanın Türkiyədə istehsalı var, daha ucuz başa gəlir. O zaman Türkiyədən alaq, yol xərci, vergi, satıcıların qazancı qoy lap 2 dəfə fərq eləsin. Daha 8 dəfə yox axı…”
R. Ağayev qeyd edib ki, daha dəqiq olsun deyə sonradan kiçik bir dəqiqləşdirmə aparıb:
“Bizdə satışda olan paketdə 30 ədəd var, yəni bir ədəd həb 93 qəpik. Türkiyədə satışda olan qutuda 21 ədəd var, yəni 1 ədəd həb 18 qəpik. Burdan da baxanda fərq 5 dəfədir…”Tribuna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]