Qaranlığa qərq olan Bakı–Şamaxı şosesi qəzalar üçün zəmin yaradır - İşıq dirəkləri var, işıq yoxdur

12-01-2026, 15:44           
Qaranlığa qərq olan Bakı–Şamaxı şosesi qəzalar üçün zəmin yaradır - İşıq dirəkləri var, işıq yoxdur
Bakı-Şamaxı şosesində işıq dirəklərinin işləksiz olması magistral yolda hərəkət edən sürücülərin və piyadaların həyatını risk altına atır.

Patrul.az-a daxil olan videogörüntüdə də görünür ki, Müşfiqabad qəsəbəsinə gedən yolda işıq dirəklərinin olduğu halda, işləksiz vəziyyətdə olması həm piyadaların, həm də sürücülərin hərəkətini çətinləşdirir.

Bu isə qaranlıqda hərəkət edən avtomobillərin qəza törətmə və ya piyada zolağından keçən şəxsləri vurma riskini artırır.

Problemin ən kritik tərəfi isə müasir piyada keçidi işarəsi olan dirəyin üstündə belə sarı işığın yanmamasıdır. Məlum olduğu kimi, bu işıq sürücülərə piyada keçidinin olmasından xəbər verir ki, bu zaman onlar sürət həddini azalda bilsinlər.

Məsələ ilə bağlı şikayət edən vətəndaş bildirir ki, Hökməli istiqamətindən Müşfiqabad qəsəbəsinə gedən yolların qaranlıq olması tez-tez piyadaların vurulması halları ilə nəticələnir.

Görüntülərdə də aydın görünür ki, vətəndaşlardan biri həmin piyada zolağından keçərkən ona tərəf hərəkət edən avtomobillərdən ehtiyat edir.

Qeyd edək ki, sözügedən yolda avtobus dayanacaqları da mövcuddur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]