Mikayıl Cabbarova suallar: "SOCAR Baş Ofisi və rəislər hər cür artımlar alır, hələ bir "peşəkarliq" adi ilə əlavə vəsait də verilir, bəs fəhlə və mühəndislərə?"

12-01-2026, 10:02           
Mikayıl Cabbarova suallar: "SOCAR  Baş Ofisi və rəislər hər cür artımlar alır, hələ bir "peşəkarliq" adi ilə əlavə vəsait də verilir, bəs fəhlə və mühəndislərə?"
SOCAR Müşahidə Şurasının sədri cənab Mikayil Cabbarova cavabı onun üçün çətin olan,həm də izah edə bilmə gücündə olmayan suallar. Köhnə neftçi soruşur ki,
-Hörmətli Mikayil müəllim
Neft-qaz sənayesi işciləri konkret - fəhlə və mühəndis heyəti olaraq sizlərə müraciət edərək bildiririk ki, 5 ildən çox bir müddətdə real bazar qiymətlərində davamli artimlarin olmasina baxmayaraq bizim əmək haqqlarimizda heç bir zəruri artim edilmir.
Amma məxfi mənbələrdən çatan məlumatlardan bəlli olur ki, SOCAR Baş Ofisi və ona tabe olan bütün idarə və müəssisələrdə rəis, xidmət və sahə rəislərinə əmək haqqi, bonusdan əlavə "gizlin" olaraq hər ay "peşəkarliq" adi ilə əlavə vəsait ödənilməkdədir.
Bunu necə izah etmək olar? Bunlar " gizlin" nə işlər görürlər ki, onlara əlavə pullar ödənilir? Əgər bu ödənişlər işçilərin fərqli göstəricilərinə görədirsə niyə fəhlə və mühəndis heyəti üçün də nəzərdə tutulmayib?
Belə çixir ki, vəzifə kateqoriyalari arasinda böyük ayriseçkilik var və bu ayriseçkiliyin gələcəkdə işcilərin qlobal naraziliq etməsi üçün bilərəkdən zəmin yaradilmaqdadir. Əlbəttə, siravi işcilərin həmin maliyyə sənədlərin araşdirilmasina imkanlari olmadiği üçün SOCAR rəhbərliyi bizlərə bu məsələni araşdirmaqdan ötrü daha yüksək dövlət instansiyalarina - Hesablama palatasi, Maliyyə nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və s. müraciət etməkdən başqa seçim qoymamişdir. Müşahidə Şurasi yaradildi ki, səffafliq təmin olunsun. Elə isə konkret vəzifə sahiblərinə verilən bu gizlin ödənislər nədir bəs?
Xahiş edirik bu məsələyə rəsmi münasibət bildirəsiniz.
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]