Siyəzənneft NQÇİ-nin Yeraltı təmir briqadası işçilərinin əmək haqlarını qaldırın!! - Siyəzənneft NQÇİ nin Baş mühəndisinə MÜRACİƏT
12-01-2026, 10:41

Siyəzənneft NQÇİ nin Baş mühəndisi cənab
Ceyhun Babayev ə
Siyəzənnfet NQÇİ nin işçisi Əliyev Zamiq
Qüdrət oğlu tərəfindən
MÜRACİƏT
Siyəzənneft NQÇİ-nin əmək haqqı səviyyəsi nisbətən aşağı olan sahələrində çalışan, maddi vəziyyəti ağır olan Yeraltı təmir briqadası işçilərinin sosial rifahının yaxşılaşdırılması məqsədilə bu müraciəti diqqətinizə çatdırımaq istəyirəm.Bu eyni zamanda Yeraltı təmir briqadası işçilərinin arzu istəyi və ehtiyaclarını ehtiva edir və onların səsi də hesab edilə bilər.
Siz idarəyə Baş mühəndis təyin edildiyinizdə Sizə bu barədə müraciət edilib Siz də həll oluna biləcəyini qeyd etmisiz amma sonradan məsələ unutulub.
Məlumunuz olduğu kimi bəzi istehsalat sahələri coğrafi və iqlim şəraitinə görə daha mürəkkəb hesab olunur və bu amil əmək haqqının formalaşmasında əsas meyarlardan biridir. Dəniz səviyyəsindən yüksək, iqlim və relyef baxımından daha ağır şəraitə malik olan Siyəzənnfet NQÇİ nin Zağlı sahəsində əmək haqqının nisbətən yüksək olması da məhz bu istehsalat amilləri ilə bağlıdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsiniə əsasən əmək haqqı işin mürəkkəbliyi və iş şəraitinə görə müəyyən edilir. Həmin Məcəlləyə əsasən ağır, zərərli və xüsusi iqlim-coğrafi şəraitdə işləyən işçilərə əlavə ödənişlər verilir.Bundan daimi olaraq Zağlı sahəsində işləyən işçilər faydalanır ki bu da aşağı sahələrdə işləyən işçilərlə onların əmək haqqı arasında böyük fərqə səbəb olur.Bu hal Əmək məcəlləsinin 16 -cı maddəsinə əsasən əmək münasibətlərində ayrı seçkiliyə səbəb olur.Yəni eyni briqadanın işçilərinin bir qisminin daim yüksək əmək haqqı alıb başqa bir qisminin daim aşağı əmək haqqı alması istehsal mühütünə zərər vurur və bu hal başqa işçilərə qarşı haqsızılıq hesab olunur.
Baş mühəndisin Vəzifə standartında aşağıda qeyd etdiyim bəndlər mövcuddur.
1.Baş mühəndis rəhbərlik etdityi struktur bölmələr üzrə iş bölgüsünü aparrır
2.İşçilərin MOTİVASİYA və SOSİAL ehtiyaclarının qarşılanması üçün tədbirlər həyata keçirir
3.İşçilərin EFFEKTİVLİYİNİN artırılması üçün tədbirlərin həyata keçrir
Yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm ki, maddi vəziyyəti ağır olan Yeraltı təmir briqadası işçilərinin iş prosesinin fasiləsizliyi təmin olunmaqla, növbəli qaydada Zağlı sahəsinə müvəqqəti cəlb edilməsi məsələsinə baxılsın. Bu addım həm işçilərin maddi rifahının yaxşılaşdırılmasına, həm kollektivdə sosial ədalət prinsipinin güclənməsinə,həm onların motivasiyasına,həm də işin effektivliyinə xidmət edə bildiyi kimi eyni zamanda da sosial ehtiyaclarının həllinə imkan verəcəkdir.
Qeyd olunan təşəbbüsün həyata keçirilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə, eləcə də SOCAR-ın sosialyönümlü əmək siyasətinə tam uyğun olmaqla yanaşı, istehsalatda əmək intizamının möhkəmlənməsinə də müsbət təsir göstərəcəkdir.
Sonda məsələ ilə bağlı Yeraltı təmir briqadasının rəisinə bu barədə göstəriş vermənizi ehtiyacı olan işçilərin müəyyən edilib öyrənilməsini Sizdən xahiş edirəm.Ümüd edirəm məsələyə qanun çərçivəsində hüquqi qiymət veriləcək.
Hörmətlə
Zamiq Əliyev
12.01.2026
TEREF

