“NAN” körpə qidası satışdan çıxarılır — Tərkibində toksin RİSKİ

13-01-2026, 11:16           
“NAN” körpə qidası satışdan çıxarılır —
Ermənistandan “NAN” markalı bəzi körpə qidası partiyaları geri çağırılıb.

Tribuna.az xəbər verir ki, “Nestle” şirkəti ürəkbulanma, qusma və mədə ağrısına səbəb ola biləcək cerevisiae toksini ilə çirklənmə riskinin aşkarlanması səbəbindən bəzi körpə qidası məhsullarını qlobal miqyasda geri çağırıb.

Şirkət bildirib ki, sözügedən qərar istehlakçıların sağlamlığının qorunması məqsədi daşıyır və ehtiyat tədbiri kimi həyata keçirilir. Geri çağırılma yalnız müəyyən partiyalara şamil olunur.

Hazırda aidiyyəti qurumlar və distribyutorlar vasitəsilə məhsulların bazardan yığılması prosesi davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]