Onların oğurladıqları ilə bir neçə dövlət proqramını icra etmək olar

13-01-2026, 15:06           
Onların oğurladıqları ilə bir neçə dövlət proqramını icra etmək olar
Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib.

Prezident çıxışında bildirib ki, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı icra ediləcək.

Bu isə böyük vəsait deməkdir. Məlumata görə, bu proqramlar iki mənbədən- Büdcə və xarici kreditlərin cəlb olunması hesabına maliyyələşdiriləcək.

Ekspert Elçin Rüstəmli isə Gununsesi.info-ya deyir ki, Azərbaycanda uzun illər su təsərrüfatına rəhbərlik edən şəxslər bu sahənin ağır duruma salıb.

“Tam səmimi deyirəm ki, Su təsərrüfatına və Azərsu ASC-yə vaxtı ilə rəhbərlik etmiş şəxslərin yığdıqları var-dövlət hesabına yeni proqramları icra etmək olar.

Təkcə keçmiş “Azərsu”nun yığılmış zərəri 8 milyard manatdan artıqdır. Görün, nə qədər çırpışdırıblar. Qorxmaz müəllimin və ətrafının şirkətləri, villaları saya-hesaba gəlmir.

Vaxtı ilə büdcədən və xarici maliyyə qurumlarından yüz milyonlarla manat investisiya almış Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin qohumlarının sorağı Londondan, Parisdən gəlir, ölkənin şimal rayonları da uzun illər onların nəzarətində olub.

Onların yığdıqlarını toplasan 3-4 dövlət proqramını icra etmək olar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru