“Azparking”i yenə rişxənd və gülüş hədəfinə çevrildi - “Bunu düzəldin, sonra boş status yazarsız”

17-01-2026, 00:04           
“Azparking”i yenə rişxənd və gülüş hədəfinə çevrildi -
“Azparkinq” MMC etdiyi yeniliklərlə də narazılıq yaratmağa davam edir. Sürücülər MMC yaratdığı proqramlarda problem olduğunu, əməkdaşların belə məlumstsız olduğunu bildirir.

Tribuna.az xəbər verir ki, MMC-nin parklanma sessiyasının bitməsini unutmamaq üçün sistemin hər saatın bitməsinə 10 dəqiqə qalmış sürücüyə avtomatik bildiriş göndərməsi yeniliyi sürücülərin sevindirməyib.
Bir çox sürücü proqramda çətinliklərin olduğunu, proqramən düzgün işləmədiyini bildirir.
“Azparking”in rəsmi sosial şəbəkə hesabında paylaşdığı yeniliyə gələn sms və gülüş smayliklərindən anlaşılır ki, sürücülər MMC-nin yeniliklərinə də ciddi yanaşmır.
Sürücü Taleh Quliyev təklif edib ki, bu yeniliklərdənsə, proqramı düzəltmək lazımdır:

“Gedin proqramı düzəldin hələ, sonra belə boş status paylaşın. 100 əməkdaşdan soruşdum, bilmədilər”.

Qeyd edək ki, “Azparking”in xidmətlərindən, hər boş yeri zəbt etmələrindən, qurduğu sistemdən əksər sürücülər narazıdır. Bununla bağlı sürücülər tez-tez sosial şəbəkələrdə yazırlar.

Problemlə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz baş tutmadı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]