Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 6%-ə yaxın azalıb

19-01-2026, 17:24           
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 6%-ə yaxın azalıb
2025-ci ildə Azərbaycanda əsas kapitala 21 milyard 226,1 milyon manat məbləğində, yaxud 2024-cü illə müqayisədə 5,6 % az investisiya yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 % azalıb. İstifadə olunmuş investisiyanın 10 milyard 972,1 milyon manatı və ya 51,7 %-i məhsul istehsalı sahələrinə, 7 milyard 179,6 milyon manatı (33,8 %-i) xidmət sahələrinə, 3 milyard 074,4 milyon manatı (14,5 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 17 milyard 23 milyon manatını və ya 80,2 %-ini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 16 milyard 18,3 milyon manatı və ya 75,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]