Azərbaycan Suriyaya “paçkası” 26 qəpikdən 28,7 milyon ədəd siqaret satıb - SİYAHI

20-01-2026, 00:02           
Azərbaycan Suriyaya “paçkası” 26 qəpikdən 28,7 milyon ədəd siqaret satıb - SİYAHI
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycan xarici ölkələrə 37 milyon 231 min dollar dəyərində 2 milyard 379 milyon ədəd siqaret ixrac edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, siqaret ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35% və ya 617 milyon ədəd artıb.
Qeyd edək ki, Azərbaycan ötən il siqaretləri aşağıdakı ölkələrə satıb:
Gürcüstan – 1 milyard 932 milyon ədəd (bir qutusunun (20 ədəd) – orta gömrük dəyəri 58 qəpik);
Rusiya – 252,4 milyon ədəd (34 qəpik);
Oman – 54,94 milyon ədəd (25,5 qəpik);
Tacikistan – 33,19 milyon ədəd (34,5 qəpik);
Birləşmiş Ərəb Əmirlikləri – 31,5 milyon ədəd (34,5 qəpik);
Suriya – 28,72 milyon ədəd (25,6 qəpik);
Özbəkistan – 27,62 milyon ədəd (26,4 qəpik);
Qırğızıstan – 13,6 milyon ədəd (34,5 qəpik).

Onu da qeyd edək ki, 2024-cü ildə Azərbaycanda “Azneft”dən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan “Tabaterra” MMC olub. Bu şirkət il ərzində dövlət büdcəsinə 689,3 milyon manat vergi ödəyib.
Xatırladaq ki, Vergi Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən, aksizli malların, o cümlədən də siqaretin ixracı sıfır dərəcə ilə vergiyə cəlb olunur. Bu səbəbdən də “Tabaterra” MMC-nin büdcəyə ödədiyi vergilər Azərbaycanda satılan məhsullar hesabına formalaşıb. Hazırda siqaretin hər qutusuna (20 ədəd) 1 manat 10 qəpik aksiz vergisi tətbiq edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]