Endirimdə sifariş verdi, amma qiymət iki dəfə artırıldı – “Karaca”dan şikayət

20-01-2026, 00:08           
Endirimdə sifariş verdi, amma qiymət iki dəfə artırıldı –
“Karaca” mağazası sifarişimi qəbul etsə də, sonradan qiyməti iki dəfə artırdı.

Tribuna.az xəbər verir ki, Bu sözləri Bakıda fəaliyyət göstərən “Karaca” mağazasından narazılıq edən vətəndaşPublika.az-a müraciətində bildirib.

Şikayətçinin sözlərinə görə, dekabrın 28-də “Karaca” mağazası ilə əlaqə saxlayaraq endirim kampaniyası çərçivəsində 99 manata təklif olunan qazan dəstini sifariş edib.

O bildirib ki, mağaza sifarişi rəsmi şəkildə qəbul edib və məhsulun qısa müddətdə çatdırılacağını vəd edib. Lakin sifarişdən sonra məhsul müxtəlif bəhanələrlə gecikdirilib. Şikayətçi qeyd edir ki, hər dəfə mağaza tərəfindən “tezliklə göndəriləcək” cavabı verilsə də, faktiki çatdırılma həyata keçirilməyib.

Bir neçə gün sonra isə mağaza əməkdaşları sifariş edilən qazan dəstinin qiymətinin 99 manat deyil, 199 manat olduğunu bildiriblər. Müştəri bu qiymət dəyişikliyinə etiraz etdikdə, ona endirim kampaniyasının artıq başa çatdığı deyilib.

Şikayətçi ona qarşı haqsızlıq edildiyini deyib:

“Əgər endirim bitmişdisə, sifarişim niyə qəbul edildi? Məhsul niyə günlərlə göndərilmədi? Bu, “endirim kampaniyası” adı altında istehlakçıların aldadılması, onların hüquqlarının kobud şəkildə pozulmasından başqa bir şey deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]