“Bir səhv etmişdi, başa düşdü, gətirib qaytardı” - VİDEO

20-01-2026, 11:34           
“Bir səhv etmişdi, başa düşdü, gətirib qaytardı” - VİDEO
Son günlər Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

“Baku TV” xəbər verir ki, xüsusilə həmin kadrlarda icra nümayəndəsinin satıcının məhsulunu müsadirə etməsi və onunla ünsiyyət tərzi geniş müzakirələrə səbəb olub.

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına, yaxud işlərin və xidmətlərin göstərilməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur.

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim qərarı ilə tətbiq edilə bilər. Bu halda isə məhsullar inzibati xətanın bilavasitə obyekti hesab olunduğundan onların müsadirəsi yalnız məhkəmə qərarı əsasında mümkündür.

Satıcı Nəbi Məmmədovun sözlərinə görə, müsadirə olunan meyvələr sonradan ona geri qaytarılıb:

“Bir səhv etmişdi, özü də başa düşdü. Gətirib qaytardı. Əgər səhvini anlamasaydı, qaytarmazdı”.

Ətraflı videomaterialda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]