Azərbaycanda bu yağlar bahalaşdı

20-01-2026, 14:54           
Azərbaycanda bu yağlar bahalaşdı
Azərbaycanda satışda olan duru yağların (günəbaxan və qarğıdalı) əksəriyyəti bahalaşıb.

TEREF xəbər verir ki, bahalaşma ən çox Türkiyənin istehsalı olan yağlarda müşahidə edilir.

Bu gündən Türkiyənin istehsalı olan 1 litrlik “Kırlangıç” duru yağının (qarğıdalı) qiyməti 7,4 manat olub. Bir ay əvvəl bazarda sözügedən yağın qiyməti 5.6-6.6 manat arasında dəyişirdi.

Sözügedən yağın 2 litrinin qiyməti isə 14,4 manata yüksəlib. Bir ay əvvəl bazarda bu çəkidə olan sözügedən brendə məxsus yağ 10,9-13,6 manat arasında dəyişirdi./qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]