Obyektləri `plana düşən` keçmiş deputat ETİRAZ ETDİ: "SÖKMƏYƏCƏM!" - "Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir..."

4-02-2026, 08:34           
Obyektləri `plana düşən` keçmiş deputat ETİRAZ ETDİ: "SÖKMƏYƏCƏM!" -
Keçmiş deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.

Faktı Teleqraf-a açıqlamasında Q.Salahzadənin özü təsdiqləyib.

Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.

"Obyektlər Sabunçu rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəm" - deyə, Q.Salahzadə bildirib.

Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb.

Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru