RAHİB QƏRİBİ MƏTBUATDA KİM SIXIŞDIRIR? ŞOK FAKTLAR/VİDEO
3-03-2026, 09:34
“Yazılan və yozulan” verilişində Seymur Elsevərin qonağı tanınmış hərbi jurnalist Rahib Qərib olub. Bu verilişdə söhbət təkcə mətbuatdan getmir, jurnalistikanın görünən tərəfi ilə yanaşı, cəmiyyətin çoxqatlı məsələlərinə toxunulur.
Eyni zamanda tanınmış hərbi jurnalist Rahib Qərib ətrafında vaxtaşırı üzə çıxan anlaşılmazlığa aydınlıq gətirilir. Qonaq barəsində dolaşan söz-söhbətlərə münasibət bildirərkən Əflatun Amaşovla arasında baş verənləri və “Xalq qəzeti”ndən niyə getməsinin səbəbini açıqlayır.
Bununla yanaşı hərbi jurnalist həmkarlarının ictimai rəyə, cəmiyyətin inkişafına təsir imkanları və niyyətində olduğu məsələ barədə maraqlı fikirlər səsləndirir.
Bu veriliş emosional yox, düşünməyə vadar edən söhbətdir. Jurnalist obrazı və onun dördüncü hakimiyyətin təmsilçisi kimi rolu, çəkisi, məsuliyyəti tam şəkildə rəsm olunur. Pozan Media