Xaricdə təhsil alan tələbələr diplomlarının tanınması üçün nə etməlidirlər? - VİDEO

4-03-2026, 16:38           
Xaricdə təhsil alan tələbələr diplomlarının tanınması üçün nə etməlidirlər? - VİDEO
Son illər gənclərin xaricdə təhsilə maraq və tələbatı artıb. Amma Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğudan aydın olur ki, xaricdəki universitetləri sevinclə bitirən məzunların bir çoxu diplomunun tanınmaması problemi ilə qarşılaşır.


"Mənim ətrafımda, tanışlarımda da olub. Gedib xaricdə oxuyub, diplomla gəlib Azərbaycana, amma keçməyib", - deyə sakin qeyd edib.

2025-ci ilin dekabrında Dövlət İmtahan Mərkəzinin keçirdiyi peşə tanınması üzrə sınaq imtahanında 150 nəfər iştirak edib ki, onlardan da yalnız 67-si keçid balını toplaya bilib. 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi isə cəmi 45 faiz təşkil edib. Bəs imtina halları ilə rastlaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

Təhsil eksperti Elçin Əfəndi mövzunu belə şərh edib: "Tövsiyə edirik ki, onlar dövlət proqramına qoşularaq xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaqda maraqlı olsunlar. Çünki bu zaman onlar təkcə nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı deyil, o cümlədən azı beş il ölkədə əmək fəaliyyətinə başlamaq üçün müəyyən bir öhdəlik götürürlər. Bu da gənclərə gələcəkdə ölkəyə qayıdandan sonra müvafiq əmək fəaliyyətinə başlamalarına imkan yaradan faktordur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru