Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?

1-04-2026, 16:24           
Saatlıda ekologiyanı kimlər və niyə məhv edir?
Saatlı rayonunda yaşıllıq ərazidə yulğunların qəsdən məhv edildiyi iddia edilir...

Minbaşı kəndi sakini bildirib ki, göbələk yığmaq məqsədilə yaşıllıq sahəyə getdikdə yulğunların qurudulmuş vəziyyətdə olduğunu görüb. Onun sözlərinə görə, bütün yulğunlar kəsilib və dibinə benzin tökülərək məhv edilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, fakt hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırılır və araşdırmanın nəticələri barədə məlumat veriləcək. (Milli.Az)

Qeyd edək ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin araşdırmaları demək olar ki, effektsiz xarakter daşıyır. Adəti üzrə bu xidmətin aparıdğı araşdırmaların nəticəi olmur və ya "heç bir qayda pozuntusu baş vermıəyib" kimi açıqlamalar gəlir. Yəqin ki, bu dəfə də cavab belə olacaq.

Bizimesr.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru