Mərdəkandakı çimərliyə çirkab suları axıdılır?( VİDEO)

Bu gün, 00:04           
Mərdəkandakı çimərliyə çirkab suları axıdılır?( VİDEO)
Mərdəkan qəsəbəsində yerləşən "Malibu" adlanan çimərlik ərazisinə çirkab sularının axıdılması ilə bağlı şikayət daxil olub. İddialara görə, uzun müddətdir davam edən bu vəziyyət, xüsusilə yay mövsümündə həm ekoloji mühitə, həm də insanların sağlamlığına ciddi təhlükə yaradır.

Yaranmış vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin səlahiyyətlərinə aid hissədə araşdırılıb: "Sözügedən ərazidə borular vasitəsilə axıdılan su tullantı və ya kanalizasiya mənşəli deyil, yeraltı qatlarda toplanan qrunt sularıdır. Hazırda çimərliyin yaxınlığında tikinti işləri aparılır və qazıntı zamanı torpağın alt qatındakı qrunt suları üzə çıxır. Tikinti prosesinin axsamaması, qazılmış sahələrin su ilə dolmaması və mühəndis işlərinin təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə bu sular borular vasitəsilə ərazidən kənarlaşdırılır".

Xidmətdən həmçinin qeyd olunub ki, məsələ sosial şəbəkələrdə və mediada işıqlandırılmadan öncə qurumun əməkdaşları tərəfindən həmin sudan nümunələr götürülərək laboratoriya analizləri aparılıb:

"Əldə olunan nəticələr suyun qrunt sularına xas göstəricilərə malik olduğunu sübut edib. Eyni zamanda aparılmış müayinələr zamanı suyun məişət və ya fekal mənşəli çirklənməyə məruz qalmasını təsdiq edən hər hansı göstərici aşkar edilməyib".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru