DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın etdi
Bu gün, 00:13
Futbol üzrə dünya çempionatında İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəlib. Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar 4:0 hesablı qələbəyə seviniblər.
Qolları Lamin Yamal (11), Mikel Oyarsabal (21, 24) və Həsən əl-Tambakti (49-avtoqol) vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 02:00-da Uruqvay Kabo Verde ilə qarşılaşacaq.