Arsen Venger Türkiyə millisinin baş məşqçisi Montellonun fəaliyyətini kəskin tənqid edib.
Bu gün, 00:02
Əfsanəvi fransız futbol mütəxəssisi Arsen Venger Türkiyə–Paraqvay oyunundan sonra Türkiyə millisinin baş məşqçisi Montellonun fəaliyyətini kəskin tənqid edib. Venger bildirib ki, Türkiyə yığmasının məğlubiyyəti üzücü olsa da, onu daha çox narahat edən texniki heyətin performansıdır. “Türkiyə üçün çox üzücü nəticədir. Ancaq bundan da üzücü olan, həyatımda gördüyüm ən bərbad baş məşqçi çıxışlarından birinə şahidlik etməyimdir. Oyuna baxışı yoxdur, matçın gedişinə müdaxilə etmir, futbolçularla ünsiyyəti yoxdur. Komandanın bu mərhələyə qədər əsasən fərdi keyfiyyətlər hesabına gəldiyi açıq görünür”, – deyə Arsen Venger bildirib. Qeyd edək ki, Türkiyə millisi dünya çempionatının qrup mərhələsində Paraqvaya 0:1 hesabı ilə məğlub olub Qoşqar Salmanlı TEREF