Bəs cərimələrin hamısı həqiqətən kamera görüntülərinə əsaslanırmı?

12-08-2026, 17:44           
Bəs cərimələrin hamısı həqiqətən kamera görüntülərinə əsaslanırmı?
Bu ilin ilk altı ayında Naxçıvanda texniki nəzarət vasitələri ilə 1300 yol hərəkəti qaydası pozuntusu qeydə alınıb. Bu barədə yerli Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, qeydə alınan hallardan 321-i yol-nəqliyyat hadisəsi, 12-si isə avtoxuliqanlıqla bağlı olub. Bildirilir ki, bütün faktlar sənədləşdirilib və qanunvericiliyə uyğun tədbirlər görülüb.
Lakin bəzi yerli sürücülər çox vaxt kamera görüntüsü göstərilmədən cərimələndiklərini iddia edirlər.
Onların sözlərinə görə, polis əməkdaşları onları saxlayaraq kameraya düşdüklərini bildirir və 300–500 manat rüşvət tələb edirlər. Sürücülər görüntüləri tələb etdikdə isə hədələndiklərini və susdurulduqlarını deyirlər.
Gündəlik Naxçıvan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru