Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA

15-08-2026, 09:24           
Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA
Azərbaycanda ictimai nəqliyyatda ödəniş sistemi bütün şəhərlər üzrə “Bakukart”la aparılır. Nəzərə alsaq ölkənin digər böyük şəhərlərinin öz ictimai nəqliyyat sistemi, tarifləri və sərnişin xüsusiyyətləri var. Başqa sözlə, şəhərlərin öz nəqliyyat kimliyinin formalaşdırılması mümkündür.

Bəs ödəniş kartları şəhərlər üzrə fərqlənə, adları dəyişə bilərmi? Məsələn, Bakıda “BakuKart” olduğu kimi, Naxçıvanda “NaxçıvanKart”, Sumqayıtda “SumqayıtKart” və s. Regional nəqliyyat kartlarının yaradılması nə dərəcədə mümkündür?

Qarnarinfo xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, texniki imkanlar nəzərə alınmaqla tədricən bu istiqamətdə tədbirlər görülür.

Ölkənin bütün ərazilərində mobilliyin təmin olunması və multimodal daşımalarda vahid kartdan istifadənin mümkünlüyü əsas məqsədlərdən biridir. Ölkənin nəqliyyat sistemində nağdsız ödəniş alətlərinin məhdudiyyətsiz tətbiqi, bir-birində keçərli olması qarşıya qoyulan əsas hədəflərdən biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru