"Kapitan Amerika 4" tarixin ən bahalı filmlərindən oldu

29-06-2024, 16:58           
"Kapitan Amerika 4" tarixin ən bahalı filmlərindən oldu
"Captain America: Brave New World" ("Kapitan Amerika 4") filminin istehsal büdcəsi 350 milyon dolları keçərək, onu tarixin ən bahalı filmlərindən birinə çevirib.

Məlumata görə, əgər işlər əvvəlki qaydada davam edərsə, filmin xərcləri 375 milyon dolları keçə bilər.

Qeyd edək ki, indiyədək kino tarixinin ən bahalı filmləri "Karib dənizinin quldurları: Qərib dənizlərdə" (378,5 milyon dollar), "Qisasçılar: Final" (356 milyon dollar), "Avatar: Suyun Yolu" (350 milyon dollar) "Forsaj 10" (340 milyon dollar) olub.

"Kapitan Amerika 4" üçün ilkin büdcə 275 milyon dollar təsdiqlənib. Lakin 22 günlük genişmiqyaslı çəkilişlər sayəsində bu məbləğ xeyli artıb.

Xatırladaq ki, qarşıdan gələn film Marvel Kinematik Kainatının beşinci mərhələsinin sonuncu filmi olacaq.

"Kapitan Amerika 4"ün premyerası 14 fevral 2025-ci ildə baş tutacaq.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru