Qafqaz Albaniyası tarixinə aid məşhur əsərdə, gizli qalmış türk sözləri: AYAQYALIN
Bu gün, 10:04
Moisey Kalankatlının "Albaniya tarixi" əsərində, Patkanovun tərcümə edə bilmədiyi türk mənşəli sözləri tapmaqda davam edirik. İlk dəfə tarixçi Kərəm Məmmədli verlişlərin birində bu barədə söhbət açmışdı. V.Qukasyanın kitabında bu söz də diqqətdən kənarda qalmışdı. Diqqət edin: Kitabın 21-ci fəslində belə bir cümlə keçir: "O [çar Vaçaqan-red.] hökmdar libasında ... çayı keçib təyin olunmuş yerə gəldi.." Qrabardan ruscaya tərcümədə K.Patkanov bu sözü orijinalda yazıldığı kimi verdi, lakin tərcüməsini vermədi. Lakin sonradan, aşağıda qeyd kimi yazdı ki, söz məlum deyil, ola bilsin "ayaqyalın" mənasındadı. Həmin sözün transkripsiyasını açanda gördük ki söz "ayqyelon", kimi yazılıb. Beləlilklə, həmin əsərin orijinalda hansı dildə yazılması sualı daha da aydınlaşır Milli Kimlik