Devid Bekhem və həyat yoldaşı Viktoriya 25 il əvvələ qayıdıblar

5-07-2024, 17:14           
Devid Bekhem və həyat yoldaşı Viktoriya 25 il əvvələ qayıdıblar
İngiltərəli sabiq futbolçu Devid Bekhem və həyat yoldaşı - müğənni, aktrisa Viktoriya Bekhem evliliklərinin 25-ci ildönümünü qeyd ediblər.

Bu barədə Devid Bekhem şəxsi "Instagram" hesabından paylaşım edib.

Onlar 1999-ci ildə toy günlərində geyindikləri bənövşəyi paltarlarla kamera qarşısına keçiblər. Bekhemlər fotolarını sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər. Viktoriya uzun müddət əvvəl "People" jurnalına verdiyi müsahibəsində libasının hazırlanması üçün dəfələrlə Nyu-York və London şəhərləri arasında qaldığını açıqlayıb.

Xatırladaq ki, Bekhem və Viktoriya 1997-ci ildə tanış olublar. Cütlük 1999-cu ildə Viktoriyanın 22, Devidin isə 21 yaşı olanda evləniblər. Toy mərasimi İrlandiyanın Dublin şəhərində baş tutub. Cütlüyünün Bruklin (25), Romeo (21), Kruz (19) və Harper (12) adlı uşaqları var. Bekhem karyerası ərzində "Mançester Yunayted", "Real Madrid", "Milan" kimi klubların şərəfini qoruyub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru