Doğrusu, bu İranınkı (xalqı yox) allaha qalıb...
Bu gün, 09:34

Bir həftə əvvəl Ankarada NATO sammiti olan zaman İran rejimi, memorandum razılaşması statusunu pozub, ağlına nələr yerləşdisə, ona Hörmüz körfəzində ona aid olmayan, Omanın sularından keçən dinc ticarət gəmilərini vurdu. Buna da, ABŞ-dan dəfələrlə şiddətli cavab aldı.
İran rejimi sakitləşməli idi, etmədi. Gah dedi ki, Hörmüzdən ABŞ-ı vurub çıxardarıq, gah Tramp bizə təhvil verilsin, onu edam edək, sonra sülh bağlayaq, gah siyahı tərtib etdi ki, Qərb dövlət rəhbərləri ölümünə fətva verdik. Rejimin içində hərə, ağzına gələni deyir... Buraxmalıqdır. Niyə?
Çünki, dövlət yoxdur, ölkəni minib idarə edən SEPAH terror qruplaşması var. Terrorçu bandit qruplaşması ölkəni avaraxanaya döndərər, də! Ölkə rəhbərliyi bölünüb, hərəsi bir avaz oxuyur.
Nəticə budur.
ABŞ İrana qarşı şiddətli hərbi hücumlar, ticarət blokadasını yenidən bərpa etdi. Bundan sonra Hörmüz boğazı boyunca İran limanlarına girən- və çıxan bütün gəmilər ABŞ tərəfdən vurulacaq. Bu barədə bu gün Donald Tramp bəyanat verib. Və görünür, bu 4-cü hücum dalğası son olacaq.
Səbəb nədir, İran rejimi sonluğunu gətirə bilən?
1. Məcazi desək, İran rejimi sanki, doyub artıq həyatdan, sanki çürüyüb: ölüm, bitmək axtarır! Və sanki, ABŞ-ı öz üzərinə gətirmək üçün deyir: "ya sən gəl al qurtar artıq Tehranı, ya da ki mən Vaşinqtonu alacam, səndən əl çəkən deyiləm!". Ciddi müşahidə-təhlildə bu iş həqiqətən belədir.
2. Bunu da açıq deyək, ABŞ, Trampın özü də bu İrandan əl çəkmək istəmir, heç. İranı, Hörmüzü almaq həm, İran qarışıq, bölgədəki bütün neft sərvətlərinə nəzarətdir. Həm, Yaxın Şərqə tam sahiblənib, dünya liderliyini möhkəmlətməkdir. Güclü ABŞ, Tramp bu boyda şansı əldən verər?
İranın səhvi nədir? Körfəzdəki varlı ərəblər kimi, ABŞ ilə əməkdaşlığa gedib, özü də İran xalqı da rifah ilə yaşaya bilərdi, Rusiyanın felinə uyaraq: "Əmrikə, Avropa kafirlərinə ölüm!" deməkdənsə. Rusiya kimə xeyir verib, kimə xoş gün yaradıb?!
Ilqar Altay

