Ancelina Colinin övladları onun vəziyyətinə görə narahatdırlar

5-07-2024, 13:07           
Ancelina Colinin övladları onun vəziyyətinə görə narahatdırlar
Hollivud ulduzu Ancelina Coli Bred Pittdən boşandıqdan sonra övladları onun vəziyyətinə görə narahatdırlar.

Bu barədə insayderə istinadən məlumat verilib.

Qeyd olunub ki, stres səbəbindən aktrisanın qidalanmasında problemlər yaranmağa başlayıb.

"Normal qidalanmaq bir yana, o, zülallı kokteyli də udmaqda çətinlik çəkir", - deyə insayder bildirib.

O əlavə edib ki, Coli ailəsində özünün təbliğ etdiyi düzgün qidalanma vərdişlərinə əməl etmir. Nəticədə, uşaqlar aktrisaya yemək bişirməyə məcbur olurlar.

"Onu bu qədər arıq görmək onlar üçün çox üzücüdür. Onlar narahatdırlar", - deyə o bildirib.

Mənbə: In Touch Weekly












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru