Selena Qomes və Benni Blanko: Tənqidlərin hədəfində olan məhəbbət

7-07-2024, 16:14           
Selena Qomes və Benni Blanko: Tənqidlərin hədəfində olan məhəbbət
Məşhur müğənni Selena Qomes və tanınmış musiqi prodüseri Benni Blanko Malibuda birgə görüntüləndikdən sonra diqqət mərkəzinə düşüblər. Münasibətlərini gizlətməyən cütlük dostları ilə birlikdə əylənib.

Bununla bağlı kadrlar şou-biznes dünyasının xəbərləri ilə tanınan "Deux Moi" nəşrinin "Instagram" hesabında yayımlanıb. Lakin pərəstişkarların reaksiyası birmənalı olmayıb. Bir çoxları Selenanın seçiminə tənqidi yanaşaraq, Benny Blankonun müğənniyə uyğun olmadığı, yaraşmadığı barədə düşüncələrini bölüşüblər.

Qeyd edək ki, Selena və Benninin münasibətləri təzə başlamayıb. Ötən ilin dekabrında müğənni prodüserlə olan romanını rəsmi olaraq elan edib və "Instagram"da birgə fotolarını paylaşıb.

Maraqlıdır ki, cütlüyün tanışlığı romantik münasibətlərin başlamasından çox əvvəl baş verib. 2021-ci ildə Selena Qomes və Benni Blanko artıq "I Can't Get Enough" mahnısı üzərində birlikdə işləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru