İbrahim Tatlısesin qızı atasına elə sözlər dedi ki…

14-01-2026, 17:48           
İbrahim Tatlısesin qızı atasına elə sözlər dedi ki…
Reytinqləri keçən “Survivor” yarışmasında mübarizə aparan Dilan Çıtak uzun müddətdir münasibətlərinin gərgin olduğu atası İbrahim Tatlısesə eyham vurub.

Atasının adını çəkmədən danışan Çıtak belə deyib:

“İnsanlar elə düşünür ki, guya mənim arxamda kimsə var və mən o adamın sayəsində bir yerə gəlmişəm. Amma tam əksinə, elə o insanlar ucbatından layiq olduğum yerə gələ bilmədim. Mən Amerikan pop musiqisi üzərində uğur qazanırdım. İngiliscə mahnılar oxuyurdum. Son 4-5 ildir türk dilində mahnılar oxuyuram.”

Çıtak sözlərini belə davam etdirib:

“Mən öz adımı ön plana çıxarmaq üçün çalışarkən, bir tərəfdən də mənə aid olmayan bir kimlikdən qurtulmaq üçün mübarizə aparıram. Amma digər müğənnilər elə deyil. Onlar özlərinə aid olmayan bir kimlikdən qurtulub sonra əsas kimliklərini yaratmaq üçün savaşmırlar. Mənim mübarizə apardığım iki sahə var və təbii ki, bir az geridə qalıram. Buna görə də Dilan Çıtaka bir az haqsızlıq edildi. Amma mən Dilan Çıtakayam və Dilan Çıtak olaraq böyümüşəm. Heç vaxt başqa bir mədəniyyətlə böyüməmişəm.”/lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]