Məhkəmə müxalifət qəzetinin jurnalistlərinə bəraət verdi

13-09-2019, 07:07           
Məhkəmə müxalifət qəzetinin jurnalistlərinə bəraət verdi
Onların hər biri ən azı 5 il müddətinə həbs cəzası almışdı. Jurnalistlərin yaxın saatlarda saxlanıldıqları həbsxanalardan buraxılacaqları gözlənilir

Türkiyə Kassasiya məhkəməsi müxalif "Cumhuriyet" qəzetinin beş sabiq əməkdaşına bəraət verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı elə qəzet özü yayıb.

Ötən ilin aprelində İstanbul şəhər məhkəməsi "Cumhuriyet"in 15 əməkdaşını, o cümlədən baş redaktoru Murat Sabuncunu Fətullah Gülənlə əlaqələrdə günahlandıraraq həbslərinə qərar vermişdi. Onlara müxtəlif müddətli cəzalar kəsilmişdi.

Kassasiya məhkəməsi onlardan beşi - Musa Kart, Güray Öz, Mustafa Kamal Güngör, Hakan Kara və Öndər Çelik - barəsində verilən qərarları ləğv edib. Onların hər biri ən azı 5 il müddətinə həbs cəzası almışdı. Jurnalistlərin yaxın saatlarda saxlanıldıqları həbsxanalardan buraxılacaqları gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru