İstanbulda İŞİD əməliyyatı: Azərbaycan vətəndaşları tutuldu

19-09-2016, 09:10           

İstanbulda Kəşfiyyat və Terrorla Mübarizə Qüvvələri tərəfindən İŞİD üzvlərinin qaldığı 24 ünvanda eyni anda əməliyyat keçirilib.

Publika.az Türkiyə mediasına istinadən bildirir ki, əməliyyatda Suriyadakı döyüş bölgələrinə getməyə hazırlaşan Suriya, İraq, İran, Azərbaycan və Əfqanıstan əsilli 40 İŞİD-çi saxlanılıb.

Əməliyyat zamanı İŞİD-çilərin yaşadığı evlərdə terror təşkilatına aid müxtəlif sənədlər və bilgilər ələ keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru