SON DƏQİQƏ: Türkiyədə daha 2 məktəbli faciəvi şəkildə öldü

Bu gün, 00:05           
SON DƏQİQƏ: Türkiyədə daha 2 məktəbli faciəvi şəkildə öldü
Türkiyənin Diyarbəkir vilayətinin Ergani rayonunda orta məktəbin həyətində ağaca ildırım düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 uşaq ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

Hadisə baş verən zaman 13 yaşlı Sərxan Yıldırım, 14 yaşlı Qasım Yıldırım və digər bir uşaq ağacın altında olublar.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası yaralıları xəstəxanaya çatdırsa da, Sərxan Yıldırım və Qasım Yıldırım həkimlərin səylərinə baxmayaraq, vəfat ediblər.

Diyarbakır Gazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasında müalicəsi davam edən digər yaralının isə vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilib ki, həyatını itirən uşaqlar əmioğludurlar.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru