Səfəvilər kimyəvi silahdan istifadə edirdi? İrəvan mühasirəsinin şok faktları
11-05-2026, 17:24
Alman səyyahı Adam Oleari Səfəvi ordusunun tarixdə ilk kimyəvi hücumlardan birini həyata keçirməsi barədə öz səfərnaməsində məlumat vermişdir. Onun yazdığına əsasən, 1633-cü ildə Osmanlıların əlində olan İrəvan qalasının mühasirəsi zamanı Səfəvi döyüşçüləri kiçik şüşə qablara xüsusi kimyəvi maddə dolduraraq şüşələri oxların ucuna bağlamış və şəhərə doğru atmışdılar. Şüşə qablar yerə dəyib sındıqdan sonra kimyəvi maddə havada yayılmış, qala müdafiəçilərinin əlləri və ayaqları şişərək yara salmışdı. Müdafiə qabiliyyətini itirən Osmanlı qarnizonu bundan sonra İrəvanı təslim etməyə məcbur olmuşdu. "Qızılbaş ebsiklopediyası" Milli Kimlik TEREF