Azərbaycan Türkləri Kassitlər (Kas,Kassi,Kaspi,Kaş) m.ö 2300-il öncə.

Bu gün, 15:04           
Azərbaycan Türkləri Kassitlər (Kas,Kassi,Kaspi,Kaş) m.ö 2300-il öncə.
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar.
Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar.
Qeyd edək ki, kas adını daşıyanlar Azərbaycan ərazisində ən qədim türkmənşəli etnosdur. Deməli, şumerlər, kutilər və lulubilər nəzərə alınmazsa, kaslar tarixdə adı çəkilən ən qədim türk etnosudur. Bunu kasların şəxs adları da təsdiqləyir. Qeyd etmək lazımdır ki, kassitlərdə (kaslarda) şəxs adları teofor adlar idi: Şəxs adlarında qəbilə tanrılarının adları iştirak edirdi. Kasların Babilistanda e.ə. 1595–1155-ci illərdə hakimiyyətdə olması ilə əlaqədar olaraq hökmdar adlarında sami mənşəli akkad sözləri və Şumer-Akkad tanrılarının adları öz əksini tapmalı idi.
Kassit İmparatorluğu, e.ə. XVI–XII əsrlərdə (təxminən e.ə. 1531–1155-ci illər) Mesopotamiyada, xüsusilə Babil hövzəsində hökmranlıq etmiş qədim dövlətdir. Babilin süqutundan sonra hakimiyyəti ələ keçirərək bölgəni təxminən 400 il idarə etmiş və Babil tarixində ən uzun müddətli sülaləni qurmuşlar.
İmparatorluq e.ə. XII əsrin ortalarında Elam və Assuriya hücumları nəticəsində süqut etmişdir.
Türk İmperatorluqları içərisində Birinci Kas ( Xəzər ) və İkinci Xəzər İmperatorluqlarının xüsusi yeri vardır.
Kasların ( Xəzərlərin ) tarixi həm də Azərbaycan Türklərinin tarixi ilə qırılmaz tellərlə bağlıdır.Belə ki,bir çox tarixçilər Azərbaycan və Yaxın Şərq xalqlarının tarixində mühüm rol oynayan “Kas,(Kassi,Kassit), Kaspi,Azər “lərin Xəzərlərlə eyni xalq olduğunu irəli sürmüş və göstərmişlər ki,tarixdə bir yox, məhz iki Xəzər- Türk İmperatorluğu olmuşdur.
Bunlardan birincisi,bizim eradan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərində Kas (Kassi,Kassit,Xəzər) Türklərinin yaratdıqları Kas İmperatorluğudur.Yunan mənbələrində bu dövlət “ Kaspiana “kimi qeyd edilmişdir.
Kaslar ( Xəzərlər ) təqribən 1300 il Yaxın Şərqin tarixində aparıcı rol oynamışlar.Qədim mənbələrdə “Kas,Kassi,Kaspi,Kaş (Kaşş)” adı ilə tanınan bu qədim Azərbaycan Türkləri IX-XII əsr ərəbdilli tarix kitablarında eradan qabaqkı tarixdən bəhs edərkən “Xəzər” adı ilə xatırlanmışlar.Dilçilik baxımından da “Kas,Kaspi,Xəzər,Quz” sözlərinin də eyni kökdən olması özünü doğruldur.
Təvəkgül Nəbioğlu
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru