Tanınmış jurnalist həbs edildi

Bu gün, 16:18           
Tanınmış jurnalist həbs edildi
Türkiyədə tanınmış idman şərhçisi Rasim Ozan Kütahyalı qanunsuz mərc istintaqı çərçivəsində həbs olunub.

Mayın 14-də Adanada mərkəzləşdirilmiş şəkildə həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılan jurnalist prokurorluqda ifadə verdikdən sonra məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat Adana mərkəz olmaqla ümumilikdə 21 vilayətdə aparılıb. İstintaq çərçivəsində “qanunsuz mərc oyunlarının təşkili”, “ağır dələduzluq”, “rüşvətxorluq” və “çirkli pulların yuyulması” kimi cinayət əməllərinin araşdırıldığı bildirilib.

Hüquq-mühafizə orqanları əməliyyatın hələ davam etdiyini və istintaqın gedişində yeni saxlanılmaların mümkün olduğunu açıqlayıb. /teleqraf/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru