İran ABŞ-dan 24 milyard dollarını tələb edir

Bu gün, 15:18           
İran ABŞ-dan 24 milyard dollarını tələb edir
“İranla ABŞ arasında imzalanmış “Anlaşma Memorandumu”nun 14 maddəlik mətninə əsasən, bloklanmış resurslar danışıqlar zamanı azad edilməlidir. Həmin məbləğ isə 24 milyard dollar olaraq qiymətləndirilir”.

Tribuna.az xəbər verir ki, bu məlumatı SEPAH-a yaxın olan “Tasnim” Agentliyi yayıb.

Nəşr bildirib ki, Dohada tərəflər arasında bununla bağlı geniş müzakirələr aparılıb. Lakin razılaşmanın əldə edilib, edilmədiyi barədə bilgi verilmir.

İranın danışıqlar qrupunun üzvü Mahmud Naboyan isə ölkəsinin daha bir tələbini açıqlayıb. O deyib ki, ABŞ sanksiyaları ləğv edəcəyi təqdirdə, Hörmüz boğazı açıalacaq. “İran ABŞ-ın bütün sanksiyaların ləğvi müqabilində Hörmüz boğazının açılmasına razılıq verib”.

İran prezidenti Məsud Pezeşkian isə danışıqlara istinadən qeyd edib ki, ölkəsi nüvə silahı yaratmaq fikrində deyil: “Əmin edirik ki, nüvə silahı və bölgədə qeyri-sabitlik yaratmaq niyyətində deyilik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru