Tibbi sığortada yığımlar azaldı, ödənişlər artdı

Bu gün, 15:24           
Tibbi sığortada yığımlar azaldı, ödənişlər artdı
2026-cı ilin yanvar-aprel ayları ərzində tibbi sığorta üzrə 75 milyon 736 min manat sığorta haqqı toplanıb.

Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 268 min manat və ya 1,6% azdır.

Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında tibbi sığorta üzrə 77 milyon 4 min manat sığorta haqqı toplanmışdı.

Hesabat dövründə tibbi sığorta üzrə 29 milyon 752 min manat ödəniş həyata keçirilib.

Bu isə illik müqayisədə 2 milyon 965 min manat və ya 11,1% artım deməkdir.

Ötən ilin eyni dövründə bu növ sığortalar üzrə 26 milyon 787 min manat ödəniş edilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru