Bələdiyyə sədrinə silahlı hücum edilib- 6 nəfər həbs olundu

Bu gün, 15:38           
Bələdiyyə sədrinə silahlı hücum edilib- 6 nəfər həbs olundu
Muğlanın Fethiye rayonunda bələdiyyə başçısı Alim Karacaya qarşı həyata keçirilən silahlı hücumla bağlı saxlanılan 6 şübhəli barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

32gun.az xəbər verir ki, hadisə mayın 23-ü, şənbə günü baş verib və Alim Karaca ayağından yaralanıb. Hücumdan dərhal sonra Muğla İl Polis İdarəsinin əməkdaşları tərəfindən genişmiqyaslı araşdırma başladılıb, ərazidəki təhlükəsizlik kameralarının görüntüləri incələnib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif ünvanlarda saxlanılan 6 şübhəli polis bölməsinə aparılıb. Bu gün məhkəmə qarşısına çıxarılan hər 6 nəfər barəsində həbs qərarı verilib və onlar Seydikemer-Eşen T Tipi Qapalı və Açıq Cəzaçəkmə Müəssisəsinə göndəriliblər. Hadisə ilə bağlı istintaq davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru