Türkiyəli professor Celal Şengörün son halı hamını təəccübləndirdi - FOTO
Bu gün, 16:18

Türkiyənin tanınmış akademiki, geoloqu və alimi, professor Celal Şengör iştirak etdiyi proqramda son görünüşü ilə diqqət mərkəzinə düşüb.
Oxu.Az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, jurnalist Fatih Altaylının verilişinin qonağı olan Şengör 50 kiloqram arıqladığını açıqlayıb və bu etiraf böyük maraq doğurub.
"Çox sevdiyiniz keçmiş kök, yeni arıq Celal Şengör buradadır. Xarizmanızın 50 faizini itirmisiniz, fərqindəsiniz, deyilmi? Bu kilolar gedəndən sonra arıq bir alim oldunuz, amma şükürlər olsun ki, elmi tərəfiniz arıqlamayıb", - deyə Fatih Altaylı zarafatla bildirib.
Daha əvvəl arıqlama iynələrindən istifadə etdiyini etiraf edən professor Şengör ümumilikdə 50 kiloqram çəki itirdiyini qeyd edib.
Altaylı bu nəticəni yüksək qiymətləndirsə də, istifadə olunan preparatlarla bağlı xəbərdarlıq etməyi də unutmayıb:
"Bu dərmanlardan uzunmüddətli istifadə etmək olmaz. Onlar piylənmənin yaratdığı riskləri azaldır, lakin özlərinin də müəyyən yan təsirləri və riskləri var. Yavaş-yavaş dərmanı dayandıraq, bundan sonra isə az yeyərək çəki saxlamağa çalışaq. Səninlə birlikdə mən də buna çalışacağam", - deyə jurnalist bildirib.
Celal Şengör isə arıqlama iynələrinin istifadəsini artıq həkim nəzarəti altında azaltmağa başladığını təsdiqləyib.



