İsrail nəşrindən ittiham: Türkiyə İrana gizli şəkildə...

17-05-2018, 20:56           

Türkiyə İsrail istehsalı olan elektronik cihazları İrana sataraq BMT Təhlükəsizlik Şurasının Tehrana yönəlik sanksiyalarını pozur. Bu səbəbdən BMT sözügedən məsələni araşdırmaqla məşğuldur.

Axar.az xəbər verir ki, bu iddia ilə İsrailin “Yedioz Aharonot” qəzeti çıxış edib.

İddiaya görə, ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İsrailin “Celem” şirkətinin istehsalı olan elektrik kondensatorları müsadirə edilib.

Məsələ ilə bağlı açıqlama verən şirkət nümayəndəsi Türkiyə tərəfinin onları aldatdığını bildirib:

“Bu cihazları Türkiyə şirkətlərindən birinə satmışdıq. Əgər bu məhsullar İrana göndərilibsə, demək ki, alıcı bizi aldadıb”.

Qeyd edək ki, BMT TŞ-nin 2231 saylı sanksiya qətnaməsinə görə İrana nüvə texnologiyasının inkişaf etdirəcək elektronik cihazların satışı qadağandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru