Qiyamət saatı 10 saniyə irəli çəkildi

25-01-2023, 10:18           
Qiyamət saatı 10 saniyə irəli çəkildi
Simvolik qiyamət saatının əqrəbləri 10 saniyə irəli çəkilib. Artıq nüvə fəlakətinə qədər 90 saniyə qalıb.


Bildirilir ki, Ukraynadakı münaqişə “nüvə silahından istifadə riskini artırıb, dünyanın iqlim dəyişikliyinə reaksiyasını və digər qlobal problemlərin həlli üçün beynəlxalq səyləri çətinləşdirib”.

Qeyd olunub ki, sülh danışıqları üçün yol tapmaq gərginlik riskini azalda bilər və “hazırda görünməmiş qlobal təhlükə çağırışlarına” qarşı birgə fəaliyyətdə hər saniyə vacibdir.

Xatırladaq ki, keçən il qiyamət saatı adlanan saatın əqrəbləri mümkün nüvə fəlakətindən 100 saniyə əvvəl dayanmışdı.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru