Ukrayna kəşfiyyatının rəhbəri Navalnının ölüm səbəbini açıqladı - Silahdaşları etiraz edir

26-02-2024, 16:38           
Ukrayna kəşfiyyatının rəhbəri Navalnının ölüm səbəbini açıqladı - Silahdaşları etiraz edir
Ukrayna kəşfiyyatının rəhbəri Navalnının ölüm səbəbini açıqladı - Silahdaşları etiraz edir
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov rusiyalı müxalif siyasətçi Aleksey Navalnının qan laxtalanmasından (tromb) öldüyünü bildirib.

Budanov Kiyevdə keçirilən "Ukrayna. İl 2024" forumunda yerli jurnalistin sualını cavablandırıb.

O, bu məlumatı “az-çox təsdiqlənmiş” adlandırıb. Qeyd edək ki, Rusiyanın dövlət televiziya kanalı da öz mənbələrinə istinadən bu məlumat yaymışdı.

Budanov Navalnının ölüm səbəbi haqqında danışrkən deyib : "Sizi məyus edə bilərəm, amma bildiyimiz odur ki, o, həqiqətən də qan laxtanmasından ölüb. Bu, az-çox təsdiqlənib. Bu məlumat, internetdən götürülməyib, təəssüf ki, təbii ölüm baş verib”.

Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondundakı (FBK) tərəfdaşları və arvadı Yuliya onun öldürüldüyünü bildiriblər. FBK siyasətçinin ölümü ilə bağlı məlumat verənə 100 min avro vəd edib.

FBK-nın rəhbəri Mariya Pevçix “Tvitter”də Budanovun sözlərini bir sözlə cümlə ilə edib: “O, yalan danışır”.

Navalnı fevralın 16-da Arktika Dairəsindən kənarda yerləşən Yamalo-Nenets Muxtar Dairəsindəki xüsusi rejimli islah koloniyasında dünyasını dəyişib. Siyasətçinin 47 yaşı var idi.

Yarılmanın nəticələrinə əsasən səlahiyyətlilər tərəfindən hazırlanan tibbi rəydə Navalnının ölümünün təbii olduğu qeyd edilib.

Navalnının silahdaşları və ailəsi təkrar ekspertizanın aparılıb-aparılmayacağı ilə bağlı açıqlama verməyib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru