Digər kainata aparan kosmik dəlik kəşf edildi

28-09-2025, 12:58           
Digər kainata aparan kosmik dəlik kəşf edildi
Altı il əvvəl elm adamları kosmosda əhəmiyyətli dalğalanmalar aşkar ediblər. Yalnız indi onlar bu hadisənin başqa bir kainata aparan kosmik dəliyin əmələ gəlməsi ilə əlaqəli olduğunu müəyyənləşdiriblər.

Bu barədə "Futurism" məlumat yayıb.

GW190521 adlı bu hadisənin iki qara dəliyin toqquşması nəticəsində baş verdiyi güman edilir. Bununla belə, Çin Elmlər Akademiyasının tədqiqatçılar qrupu kosmosda daha gözlənilməz hadisələrə şahid ola biləcəyimizə inanır.

Tədqiqatın müəllifləri hesab edirlər ki, kosmik yol başqa bir kainatda qara dəliklərin toqquşmasının əks-sədası kimi yaranıb və müvəqqəti xarakter daşıyır. Bu yolun nə zaman bağlanacağı isə məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru