Çində "iPhone 17" yığanlar qul kimi işlədilir

29-09-2025, 08:56           
Çində "iPhone 17" yığanlar qul kimi işlədilir
Çinin Çjençjou şəhərində "iPhone 17" smartfonlarının istehsal olunduğu "Foxconn" zavodunda işçilər ağır əmək şəraiti ilə üzləşirlər.

Bu barədə "China Labour Watch" qeyri-kommersiya təşkilatının "Financial Times" jurnalında dərc olunan hesabatında deyilir.

Bildirilir ki, işçilər cüzi məbləğdə maaş almaq üçün iş vaxtından artıq işləməli və tez-tez istirahət günləri olmadan çalışmalı olurlar. Məzuniyyətlərin olmaması zavodda işi qul əməyinə çevirir.

Fabrikdə işçilərin 50%-dən çoxu, təxminən 200 min nəfər "mövsümi işçi" statusunda işə götürülüb. Bu, Çin qanunvericiliyinin müəyyən etdiyi 10% limiti əhəmiyyətli dərəcədə aşır.

İşçilər həftədə 60 saat işləyirlər. Bəziləri isə istirahət günlərindən imtina edir və onların iş həftəsi 75 saata qədər uzana bilir.

Eyni zamanda, əsas maaş ayda cəmi 2100-2400 yuan (təxminən 570 manat - red.) təşkil edir. Maaşların gecikməsi də adi hala çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru