Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? - Yasamalda bəzi kameralar eyvanları çəkir VİDEO

2-10-2025, 08:26           
Təhlükəsizlik, yoxsa şəxsi həyata müdaxilə? -
Bakının Yeni Yasamal ərazisində yerləşən yaşayış komplekslərindən birində qeyri-adi təhlükəsizlik tədbiri həyata keçirilib.

TEREF Baku TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, yaşayış kompleksinin ətrafında üzü eyvanlara yönələn kameralar quraşdırılıb.

Kompleksin komendantının verdiyi məlumata görə, bu kameralar bəzi sakinlər tərəfindən eyvanlardan həyətə tullantı atılmasının qarşısını almaq məqsədilə yerləşdirilib.

Komendant bildirib ki, kameraların quraşdırılması mövcud vəziyyəti müsbət yöndə dəyişib və tullantı atma hallarının azalmasına nail olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru