Ən etibarsız avtomobillər - SİYAHI

6-10-2025, 16:58           
Ən etibarsız avtomobillər - SİYAHI
Böyük Britaniyanın "WhatCar" nəşri aparılmış tədqiqat əsasında ən etibarsız avtomobillərin siyahısını dərc edib.

Oxu.Az nəşrə istinadən xəbər verir ki, araşdırmaya əsasən, indiki nəsil "Nissan Juke" krossoveri ən problemli avtomobil seçilib.

Onun etibarlılıq göstəricisi cəmi 55,2% təşkil edib - bu, cari il tədqiqata daxil olan bütün avtomobillər arasında ən aşağı göstəricidir. Problemlərin əksəriyyəti 12 voltlu batareya, mühərrik və əyləc sistemi ilə bağlıdır.

İkinci yeri son nəsil "Volkswagen Tiguan" tutub. Onun etibarlılıq göstəricisi 64,2% olub. Avtomobildə tez-tez məlumat-əyləncə sistemi, əyləclər və elektronika sıradan çıxır.

Üçüncü yerdə əvvəlki nəsil "Kia Sportage" qərarlaşıb, onun etibarlılıq reytinqi 72,9%-dir. Tez-tez rast gəlinən problemlər arasında mühərrik və sürət qutusu nasazlıqları, həmçinin əyləc sisteminin sıradan çıxması var.

Siyahıya həmçinin "Mazda CX-60", "Mercedes-Benz C-Class", "Volvo S90", "Audi Q7", "Volkswagen ID 4", "Hyundai Ioniq Electric" və "Renault Austral" daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru