İnsanın qanından ilan zəhərini zərərsizləşdirən vasitə hazırlanıb

7-10-2025, 15:08           
İnsanın qanından ilan zəhərini zərərsizləşdirən vasitə hazırlanıb
Biotexnologiya şirkəti Centivax, ABŞ-ın Milli Sağlamlıq İnstitutu və Kolumbiya Universitetinin birgə əməkdaşlığı nəticəsində elan edilib ki, 19 müxtəlif növ zəhərli ilanların — kobralar, mambalar, taypanlar və kraytlardan ibarət elapidlər ailəsinə aid ən təhlükəli ilanların sancmasına qarşı qoruyucu yeni bir əleyh-vasitə hazırlanıb.
Bizimyol.info xəbər verir ki, "Cell" jurnalında dərc olunan məlumata görə, bu preparat amerikalı herpetoloq Tim Fridənin qanından götürülmüş anticisimlər əsasında yaradılıb. Tim Fride 20 il ərzində 800-dən çox ilan sancması və bir çox dəfə öz-özünə zəflədilmiş zəhər inyeksiyaları alaraq, orqanizmini bu zəhərlərə qarşı əvəzsiz bir anticisim mənbəyinə çevirmişdir.

"Centivax" şirkətinin baş direktoru Ceykob Glenvill və biokimyaçı Piter Kvongun rəhbərliyi ilə hazırlanan preparat üç komponentdən ibarətdir:

LNX-D09 – uzun zəncirli neyrotoksinləri neytrallaşdırır,
SNX-B03 – qısa zəncirli neyrotoksinlərə qarşı təsirlidir,
Varespladib – hüceyrə membranlarını dağıdan fosfolipaza A₂-ni bloklayır.
Siçanlar üzərində aparılan laboratoriya sınaqlarında bu qarışıq 13 ilan növünün zəhərinə qarşı 100% qorunma təmin etmiş və digər 6 növün sancmasında zəhərlənmə simptomlarını əhəmiyyətli dərəcədə azaldıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ildə təxminən 138 min insan ilan sancmasına görə dünyasını dəyişir, əsasən Afrika, Asiya və Latın Amerikası ölkələrində. Ənənəvi əleyhinə vasitələr isə 125 ildən çoxdur ki, heyvan anticisimlərindən istifadə edilməklə hazırlanır.

Centivax şirkəti Avstraliyada ilan sancmış itlər üzərində əlavə sınaqlar aparmağı planlaşdırır və artıq ilan zəhərinə qarşı oxşar bir vasitə üzərində işləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru